Bu şəxslər tutuldu - SİYAHI

1 May 2015 14:35 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Aprelin 29-da Lökbatan qəsəbəsində Bakı şəhər sakini Ramin Hidayətova məxsus "KİA" markalı avtomobildən 2700 ABŞ dolları və 30000 rubl oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini Vaqif Abbasov ələ keçirilib.

***

Aprelin 30-na keçən gecə Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Tünzalə Hümbətovanın evindən qapını sındırmaq yolu ilə televizor oğurlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şiraz Hüseynov tutulub.

***

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də Kamil Kərimovun 230 manatını soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Rəşad Nəcəfov ələ keçirilib.

***

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Bəxtiyar Əliyevin boyunbağısını quldurluq yolu ilə almış Quba rayon sakini Daşqın Becanov, Naxçıvan şəhər sakini Vüqar Məmmədov və Şəki rayon sakini Laçın Şərifli tutulublar.

***

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Gülnar Quliyevanın evindən qızıl əşyalar oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Xankişiyev ələ keçirilib.

***

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Elçin Novruzova məxsus mağazadan geyim əşyaları oğurlamış şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İkram Bayramov və Mehman Əliyev tutulublar.

***

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Vaqif Qəribova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmış Şuşa rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Quliyev ələ keçirilib. Onun avtomobildən 33 manat, maqnitofon, akkumulyator, 1 ədəd təkər, fotoaparat və sənədlər oğurlaması da müəyyən edilib.