Prezident Macarıstanın Azərbaycandakı səfirini qəbul etdi

1 May 2015 14:49 (UTC+04:00)

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu bildirildi, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub. İki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb və münasibətlərimizin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.