İstanbulda ara qarışdı - Ərdoğan müraciət etdi (FOTO+VİDEO)

1 May 2015 15:52 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, İstanbuldakı mitinq əsasən Taksimdə baş tutub. Polis onların qarşısını kəsmək üçün blokada yaradıb.

İstanbul Şəhər Meriyası bunun üçün 21 min polisi səfərbər edib.

Ancaq buna baxmayaraq təkcə Taksimdə deyil, Okmeydanı və Beşiktaşda da qarşıdurma yaranıb.

Prezident Ərdoğan bu bayramla bağlı xalqa müraciət edib: "Hamınıza təxribatlardan uzaq şən əhval-ruhiyyə arzulayıram. Fəhlə və zəhmətkeş qardaşlarımızı 1 May Əmək və Həmrəylik Günü münasibətilə təbrik edir, bütün həmvətənlərimi qəlbdən salamlayıram".