Sabah yağış yağacaq

2 May 2015 13:12 (UTC+04:00)
Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 3-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.