“Bütün ali məktəblər Bakıdan kənara köçürüləcək”

11 Oktyabr 2012 09:40 (UTC+04:00)


Təhsil naziri Misir Mərdanov universitetlərin köçürülməsi məsələsindən danışıb. Modern.az xəbər verir ki, təhsil naziri jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı prezident bu yaxınlarda öz fikirlərini bildirib və onun heç nə əlavə etmək məqsədi yoxdur.
"İmkan daxilində tələbə sıxlığı daha çox olan və yaxud yeri dar olan ali məktəblərin düşərgələrinin tikilməsi ilə şəhər kənarlarına köçürülməsi nəzərdə tutulur. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin Bakıdakı filialının açılışında olduğu kimi AZAL-ın Akademiyası, Ali Diplomatiya Akademiyası, Qafqaz Universiteti üçün kampus tikilib. Bir-iki ildə belə yeniliklər olduğu üçün gələcəkdə də bunun davam edəcəyini gözləyirik", – deyə nazir bildirib.

AzNews.az