«Atletiko» klubunun prezidenti Bakıda

11 Oktyabr 2012 10:02 (UTC+04:00)
İspaniyanın "Atletiko" klubunun prezidenti Enrike Cereso Bakıya gəlib. AzNews.az Fanat.az istinadən xəbər verir ki, "Bakı"nın prezidenti Hafiz Məmmədovla görüşəcək Cereso paytaxt klubu ilə əməkdaşlığın detallarını müzakirə edəcək.

Bu gün həmçinin, "Bakı" və "Atletiko" arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. "Bakı"nın təlim-məşq bazasında keçiriləcək mərasim saat 15.00-da başlayacaq.

Qeyd edək ki, 109 yaşlı "Atletiko" tarixi ərzində 9 dəfə İspaniya çempionluğunu, 9 dəfə "Kral Kuboku"nu, 1 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 2 dəfə Avropa Liqasını, 1 dəfə Kuboklar Kubokunu, 1 dəfə İntertoto Kubokunu, 2 dəfə Avropa Super Kubokunu və 1 dəfə klublararası dünya çempionluğunu qazanıb. Madrid klubu Avrora Liqasının və Avropa Super Kubokunun son qalibidi.

Elman Bakuvi
AzNews.az