101 yaşlı kişi qalıqlar arasından sağ çıxarıldı – Nepalda

3 May 2015 21:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "France Presse" agentliyi yerli polis idarəsinin rəsmisi Arun Kumar Sinqxə istinadən yayıb.

AzNews.az xəbər verir ki, sağ çıxarılan kişi xəstəxanaya aparılıb.

Nepal rəhbərliyi bəyan edib ki, qalıqlar altından kiminsə sağ çıxması ehtimalı artıq yoxdur.

Bu gün Nepalın şimal-şərqində daha bir kişi və 2 qadın sağ olaraq çıxarılıb.

Qeyd edək ki, aprel ayının 25-də baş verən 7.9 gücündə olan zəlzələdən sonra 2.8 milyon insan öz evlərini tərk edib. 7 mindən çox insanın öldüyü, 14 mindən çox insanın yaralandığı deyilir. 500 minə yaxın ev isə tamamilə dağılıb.