6 yaşlı uşaq tək qaldı - FACİƏ

11 Oktyabr 2012 10:05 (UTC+04:00)
Qvatemalanın Villa Kanales qəsəbəsində tükürpərdici hadisə baş verib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Gonzaleslər ailəsinin 4 üzvü silahlı şəxslər tərəfindən 6 yaşlı uşağın gözləri önündə qətlə yetirilib.

Verilən məlumata görə, öldürülənlər arasında 8 yaşlı uşaqla 8 aylıq körpə də olub. Yerli polisin bildirdiyinə görə, yalnız bir 6 yaşlı üzvü qalan ailə torpaq mübahisəsi üzərində yaranmış mübahisə nəticəsində öldürülüb.

Sadiq Musa
AzNews.az