Ərdoğan Saakaşvilini təbrik etdi

11 Oktyabr 2012 10:09 (UTC+04:00)


Türkiyənin Baş naziri Recep Tayyip Ərdoğan Gürcüsatan prezidenti Mixail Saakaşviliyə telefon açıb. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, türk Baş nazir Saakaşviliyə demokratik seçkilərə görə təşəkkür edib və yaxın zamanlarda onunla görüşmək istədiyini bildirib.

Bundan əlavə, Ərdoğan Gürcüstanla münasibətlərin daha sıx qurulmasına çalışacaqlarını və ölkənin Avroatlantik strukturlara inteqrasiyasına lazımi dəstək verəcəklərini deyib.

Bir digər məlumata görə, Ərdoğan İvanişviliyə də telefon açıb və tərəflər parlament seçkiləri və Gürcüstan-Türkiyə münasibətlərinin gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Sadiq Musa
AzNews.az