Zakir Həsənov Türkiyə və Gürcüstan generalları ilə görüşdü - Ankarada

4 May 2015 15:38 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Görüşün bu gün yerli vaxtla saat 10-da Ankara şəhərində baş tutduğu deyilir.

Görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlıq, regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə edilib.