Dərbənd Dövlət Azərbaycan Dram Teatr “Elanla gəlin” tamaşasını təqdim edib - Foto

4 May 2015 18:13 (UTC+04:00)

Teatrdan AzNews.az-a verilən məlumata görə, "Elanla gəlin" komediyasını Azərbaycan dilinə Dağıstanın əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru "Turandot" Teatrının bədii rəhbəri Vladimir Jukov, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Tamaşada Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Əfsanə Məlikova, Məhərrəm Ömərov, Dinşah Abdulqafarov, Hörmət Aslanov, Canpolad Əmiyev, Furqat Aslanzadə, Sərxan Səmədov, Saladunxan Bədirxanov, Diləfrüz Şıxməmmədova, Təhminə Ömərova, Mədinə Hacıağayeva, Nazim Bəybalayev və Səidə Əliyeva çıxış ediblər.