Siyavuş Novruzov: “Bu, qanun pozuntusudur”

11 Oktyabr 2012 10:30 (UTC+04:00)


"Qanunsuz aksiyaların qarşı alınmalıdır". Bunu AzNews.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin qanunsuz aksiya keçirmək planına münasibət bildirərkən deyib.

O bildirib ki, icazəsiz aksiya qanun pozuntusudur: "Razılaşdırılmamış yerdə aksiyanın keçirilməsi yolverilməzdir. Belə olarsa, qanunun tələblərinə uyğun addımlar atılacaq".

S.Novruzov qeyd edib ki, müxalifətdəki qüvvələr sabitliyi pozmaq istəyirlər: "Aranı qarışdırmaq üçün belə qanunsuz aksiyalar keçirmək istəyirlər.

Qanunvericilikdə insanların sərbəst toplaşmaq azadlığı və onların təhlükəsizliyi nəzərdə tutulur. Buna əsasən nəzərə almaq lazımdır ki, "Fəvvarələr Meydanı"nda aksiya keçirmək düzgün deyil. Çünki orada istirahət edən, alış-veriş edən insanlar var. Həmin insanların hüquqları niyə pozulmalıdır ki? Hesab edirəm ki, kim belə bir addım atsa, qanunla qarşısı alınacaq".

İlkin Pirəli
AzNews.az