Krallığın növbəti varisinin adı açıqlandı- FOTOLAR
4 May 2015 21:03 (UTC+04:00)
"Qafqazinfo"nun məlumatına görə, şənbə günü saat 8.34-da doğulan Cambridge Dükü və Düşes qızlarının adını Charlotte Elizabeth Diana olduğu bildirilir.
Körpəyə ikinci ad kimi 64 ildir taxtda olan Kraliça 2. Elizabethin adı verilib.
Qeyd edək ki, krallıq ənənələri çərçivəsində şahzadənin doğumu səbəbiylə Londonda "Thames" çayındakı 120 illik "Tower Bridge" körpüsü yanından 62, ölkənin ən böyük parkı Hyde Parkda isə 41 top atışı edilib.