ABŞ-da rüşvət qalmaqalı: Senat sədri və oğlu həbs edildi

5 May 2015 09:28 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "The New York Times" qəzeti yayıb.

Məlumata görə, onlar şantaj etməkdə, fırıldaqçılıqda və rüşvətdə ittiham edilir.

Manhetten rayon məhkəməsinin qərarı ilə 67 yaşlı senator və onun 32 yaşlı oğlu haqda 12 ittiham maddəsi irəli sürülüb.

İlkin versiyada deyilir ki, ətraf mühitin mühafizəsi şirkətində çalışan Adam və onun atası Nyu-Yorkun Lonq-Aylend rayonunda və Arizona ştatında fəaliyyət göstərən tikinti və daşınmaz əmlak şirkətlərindən pul alıblar.

Onların günahları sübuta yetirilərsə, hər ikisi 10 il həbsxanaya həyatı yaşamalı olacaq.