Piket keçirənləri Zeynal Nağdəliyev qəbul etdi

11 Oktyabr 2012 11:00 (UTC+04:00)
Prezident Aparatı qarşısında qəzalı vəziyyətdə olan binadan köçürülmələri tələbi ilə aksiya keçirən sakinlərin bir neçəsini Administrasiyanın Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev qəbul edib.

Qəbulda iştirak edən Rəhilə Məmmədrzayevanın AzNews.az-a verdiyi məlumata görə, binanın qəzalı vəziyyətdə olması ilə bağlı bütün sənədlər Z.Nağdalıyevə təqdim olunub: "Zeynal müəllim bildirdi ki, bütün sənədlərlə tanış olacaq və bununla bağlı hətta Prezidentə məlumat veriləcək. 10 günə qədər bizə cavab veriləcək".

AzNews.az