Hava metohəssas insanlar üçün əlverişsiz olacaq

11 Oktyabr 2012 15:00 (UTC+04:00)
Oktyabrın 12-də sutka ərzində atmosfer təzyiqinin təzadlı dəyişməsi nəticəsində gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması, güclü küləyin oktyabrın 13-ü axşamadək davam etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olacaq. Tibbi-metereoloji proqnoza əsasən, oktyabrın 14-də biometeoroloji amillərin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar əsasən əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında yağış yağacağı, yarımadanın bəzi yerlərində şimşək çaxacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 22-27, axşam 20 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında
oktyabrın 12-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.

Elnarə Əlosmanqızı
AzNews.az