Bakı-2015-in elçisi Giyom Müssonun heyranıdır

5 May 2015 23:28 (UTC+04:00)


AZƏRTAC "Bakı-2015"ə istinadla xəbər verir ki, bu sözləri ilk Avropa Oyunlarının beynəlxalq idman elçisi fransalı gimnast Kseniya Mustafayeva deyib. On doqquz yaşlı idmançı 2013-cü ildə Mersində Aralıq dənizi oyunları və ötən il İzmirdə keçirilən dünya çempionatının rekordçusudur. Kseniya Mustafayeva, həmçinin 2011-ci və 2012–ci illərdə Fransa milli çempionatında gümüş medal qazanıb. Birinci Avropa Oyunlarında iştirak edəcəyi üçün çox sevindiyini bildirən gimnast bu yarışları səbirsizliklə gözlədiyini deyib.

Gimnastikaya 4 yaşında başladığını deyən Kseniya Mustafayeva bildirib ki, bu gün mənim məşqçim olan anam vaxtilə peşəkar idmançı olub. Biz Fransaya köçəndən sonra o, mənimlə məşğul olur. Karyerasında ən yadda qalan yarışdan danışan K.Mustafayeva belə cavab verib: "Azyaşlı qızın oyundan sonra ağlayaraq mənimlə şəkil çəkdirməsi ən yaddaqalan anlarımdandır. Çox təsirlənmişdim. Çox güman ki, 2014-cü ildə Tye Qran-prisində bürünc medal qazanmağım da mənim peşəkar gimnastika karyeramın ən parlaq hissəsidir."

Ən sevimli tarixi şəxsiyyətin Koko Şanel və Merilin Monro olduğunu bildirən gimnast sevdiyi məkan sualına cavab olaraq doğma evini qeyd edib. Mütaliəni sevən Kseniya fransız yazıçısı Giyom Müssonun əsərlərini heyranlıqla oxuduğunu bildirib.