Sabaha olan hava Proqnozu

6 May 2015 14:14 (UTC+04:00)
Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 7-də arabir yağış yağacağı, şimşək çaxacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5, gündüz 9-14 dərəcə isti olacaq.