Türkiyədən şok bəyanat

11 Oktyabr 2012 12:07 (UTC+04:00)


Türkiyənin Nəqliyyat naziri Binali Yıldırım F-16-larla endirilən Suriya təyyarəsi ilə bağlı açıqlama verib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, lazım gələrsə təyyarəni yenə də endirərik deyib və əlavə edib ki, Türkiyənin yerli və beynəlxalq hüquqla bu cür tədbirlər görmək hüququ var. "Biz bu gün öz hüququmuzdan istifadə etdik və lazım gələrsə yenə də istifadə edərik".

Sadiq Musa
AzNew.az