Təkəri partlayan Ukrayna təyyarəsi Bakıda eniş etdi

6 May 2015 15:45 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "gazeta" saytı Ukrayna Xarici İşlər Nazirliyinin Tvitter səhifəsinə istinadən yayıb.

Məlumata görə, Ukraynaya məxsus İl-76 təyyarəsində 76 Ukrayna vətəndaşlarından savayı 11 ölkənin də vətəndaşları olub.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti dünən informasiya yayıb ki, təyyarə Katmandudan Dehli şəhərinə uçub. Dehlidə isə eniş edərkən təyyarənin təkəri partlayıb.