Hökumət akkreditasiya qaydalarını dəyişdirdi

11 Oktyabr 2012 12:21 (UTC+04:00)
Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar verib.

Baş nazir Artur Rəsizadənin imzaladığı qərar "Təhsil haqqında" Qanununun tətbiq edilməsi barədə" Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədi daşıyır.

Dəyişikliyə əsasən "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.1-ci bəndinin birinci abzasına "göstərilənləri" sözündən sonra", habelə ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələrini" sözləri əlavə edilib.

Elnarə Əlosmanqızı
AzNews.az