“Baku Fires” məğlub oldu

6 May 2015 21:08 (UTC+04:00)


APA-nın şimal bürosunun verdiyi məlumata görə, komandamız Meksikanın "Mexico Guerreros" komandası ilə qarşılaşıb.

İlk yarış günündə çəkisi 49, 56, 64, 75, 91 kq olan boksçular rinqə çıxıb. İlk döyüşdə "Baku Fires"in üzvü Rəsul Saliyev (49 kq) Jozelito Velaskes Altimirano ("Mexico Guerreros") ilə rinqə çıxıb və idmançımız məğlub olub. Yaraş Maqomedov (56 kq) Alfredo Çirno Sançes arasında keçirilən döyüşdə də sevinən tərəf meksikalı idmançı olub. Zaur Abdullayev (64 kq) Raul Kuriel Qarsiya arasında gərgin keçən görüşün qalibi rəqib komandanın idmançısı olub.

75 kq çəki dərəcəsində komandamızın üzvü Jaba Xositaşvili Rodrigez Olivasi məğlub edib. Ən ağır çəkidə Leonid Çernobayev isə Kastillyo Torres ilə qarşılaşıb. "Mexico Guerreros" komandasının üzvü qalib gəlib. Komandamız ümumi hesabda 1:4 hesabı ilə məğlub olub.

Mayın 7-də isə digər çəki dərəcələrində çıxış edən idmançılar güclərini sınayacaq. Qeyd edək ki, bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi "Cuba Domaderos"la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq. Digər ¼ finalda isə Rusiya boksçuları "İtalia Thunder"lə üz-üzə gələcək. Bu cütün qalibi isə "Astana Arlans"la üz-üzə gələcək.