“Hərə əlinə bir dəlilik kağızı alıb, adam öldürür…” - Millət vəkili

6 May 2015 21:31 (UTC+04:00)


Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat son günlər baş verən dəhşətli qətllərdən söz açaraq deyib ki, bəzi insanlar saxta yolla əldə etdikləri "dəlillik kağızı"ndan istifadə edərək cəzadan yayınmağa çalışırlar.

"Heç kimə cinayət işləmək hüququ verilmir. "Dəlilik kağızı" olan şəxs o demək deyil ki, hüquqi sistemin çərçivələrindən kənara çıxmalıdır. Bəzi şəxslərə saxta olaraq verilən bu sənədlər mütləq aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır. Bu, çox ciddi məsələdir. Çünki belə sənədlərdən istifadə edərək qanunsuz əməllər törədən şəxslərin sayı bu gün kifayət qədərdir. Hərə əlinə bir kağız alıb, adam öldürür, törətdiyi cinayətdən yayınmağa çalışır"-deyə deputat qeyd edib.

F.Mustafa hesab edir ki, saxta yolla əldə edilən sənədlər insanları cinayət məsuliyyətindən yayındıra bilməz: "Əgər qanuni xəstəlik kağızları olan şəxslər varsa, onlar qanunvericliyə uyğun olaraq müalicə almalıdırlar. Əksə təqdirdə cinayət törədən şəxs kimliyindən aslı olmayaraq cəzasını çəkməlidir".