“Anti-Azərbaycan kampaniyası aparanlar...“

6 May 2015 22:24 (UTC+04:00)
Dünyada çox az ölkə belə qısa müddətdə Avropa Oyunları kimi beynəlxalq səviyyəli idman yarışını keçirəcək potensiala malikdir. Dövlətimizə qarşı qarayaxma kampaniyası dairələri də narahat edən məhz elə bu məqamdır".

Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı ölkəmizdə keçirilək I Avropa Oyunları ərəfəsində bəzi Qərb dairələri tərəfindən aparılan anti-Azərbaycan kampanyasına münasibət bildirərkən deyib. O qeyd edib ki, bu gün ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələr uzun illərdir ki, Azərbaycanın sürətlə yüksələn beynəlxalq nüfuzuna zərbə vurmaq üçün çalışırlar: "Onlar illərdir guya Azərbaycanda iqtisadi və siyasi stabilliyin olmadığı haqqında rəy formalaşdırmağa cəhd edirlər. Azərbaycan isə çox qısa zamanda I Avropa Oyunlarının keçirilməsi üçün zəruri olan və beynəlxalq standartlara cavab verən infrastruktur layihələrini gerçəkləşdirməklə bu iddiları alt-üst etdi. Eyni zamanda Avropa Oyunlarının keçirilməsinə olan böyük xalq dəstəyi Azərbaycanda dövlətlə xalq arasında olan böyük həmrəyliyi ortaya qoydu. Bütün bunlar heç şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü və bütün istiqamətləri əhatə edən olduqca uğurlu siyasətin nəticəsində mümkün olub. Bu mənada indi bu qüvvələr ölkəmizə gələcək xarici qonaqların Azərbaycanın sürətli inkişafına, həyata keçirilən siyasi və iqtisadi islahatlara canlı şahidlik edəcəyi faktıyla barışa bilmirlər. Çünki bu halda illərdir tirajladıqları yalanların ifşa oluncağını bilən təxribatçı dairələr müxtəlif bəhanlərlə Azərbaycana təzyiq etmək istəyirlər".

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri bildirib ki, Azərbaycana qarşı aparılan bu çirkin kampaniya yolverilməzdir və bu şəkildə ölkəmizə təzyiq etmək cəhdləri heç bir nəticə verməyəcək: "Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, ölkəmizə qarşı anti-kampaniya aparmağa çalışan qüvvələr qarşılarında Azərbaycan gəncliyini görəcəklər".