“Bakı-2015”in təhlükəsizliyi ilə bağlı DİN-də 15 köməkçi qərargah yaradıldı

6 May 2015 23:21 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

C.Məmmədov bildirib ki, Avropa Oyunlarının keçiriləcəyi yarış və qeyri-yarış obyektləri üzrə qərargahlar yaradılıb.

Onun sözlərinə görə, yarış obyektlərində, xüsusi ayrılmış dayanacaqlarda ictimai qaydanın qorunması təmin olunacaq, azarkeşlər xüsusi avtobuslarla müşayiət altında yarışın keçiriləcəyi obyektlərə daşınacaq və xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq obyektlərə daxil olacaqlar.

C.Məmmədov deyib ki, artıq bütün sahələr üzrə DİN-in şəxsi heyətinin hazırlığı bir daha yoxlanılıb.