“Mirmahmud Mirəlioğlu yalan danışır”

11 Oktyabr 2012 13:30 (UTC+04:00)
"Bu gün çıxıb deyirsən ki, Müsavat yer versə, Müsavata baha başa gələcək, sabah isə çıxıb deyirsən ki, hər ikimizə baha başa gələcək". Bu sözləri AzNews.az-a KXCP sədrinin keçmiş müavini, Demokratik Birlik Fraksiyasının üzvü Qaya Əliyev KXCP sədri Mirmahmud Mirəlioğlunun fraksiyaçılar haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Mirəlioğlu həmişəki kimi söhbətləri təhrif edir: "Haqqında danışdığı iclas, 28 avqust 2012-ci ildə İdarə Heyətində olub. Ancaq söhbət onun dediyi kimi olmayıb. Həmin iclasda 3 müavinin iştirak etmədiyini görən Ədalət Yusubov bu adama sual verib ki, niyə bu üç müavin iclasda yoxdur?

Ədalət bəyin adını çəkərək iştirakını soruşduğu 3 müavinin sırasında mənim də adım olub. Mirmahmud isə cavabında deyib ki, bu 3 müavini özüm tapşırmışam ki, bu iclasa dəvət etməsinlər. Ədalət bəy bunun səbəbini soruşub. Mirmahmud da hər bir müavinin niyə çağırılmadığının səbəbini ayrı-ayrı izah edib. Mənimlə bağlı isə izahatında deyib ki, o mənimlə müəyyən məsələlərdə razılaşmır".

İlkin Pirəli
AzNews.az