Erməni şagirdlər Bakıya gəlir – Olimpiadada iştirak edəcəklər

7 May 2015 16:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Təhsil və Elm Nazirliyi yayıb. Məlumata görə, şagirdlər 20-29 iyul tarixlərində Bakıda keçiriləcək olimpiadada iştirak etmək üçün ölkəmizə gələcəklər. Olimpiadanın təşkilatçısı M.Lomonosov adına Moskva Dövlət Unversitetinin Bakı filialıdır.

Hazırda erməni komandasının hazırlıqları üzərində iş gedir. Şagirdləri təhsil və elm naziri Armen Aşotyan müşayiət edəcək. Son qərar Azərbaycan tərəfinin təhlükəsizliklə bağlı zəmanətindən sonra veriləcək.