Farslardan Azərbaycan mədəniyyətinə daha bir zərbə

11 Oktyabr 2012 14:45 (UTC+04:00)
BBC-nin İran redaksiyası erməni tütək ifaçısı Civan Qasparyan haqqında sənədli film hazırlayıb. Oktyabrın 12-də nümayiş etdiriləcək proqram fars dilində yayımlanacaq. C.Qasparyan haqqında çəkilən sənədli film İran, Əfqanıstan və Tacikistanın farsdilli əhalisi üçün nəzərdə tutulub.

Maraqlıdır ki, erməni musiqiçisi tütəyin erməni milli musiqi aləti olduğunu iddia edir. Bu baxımdan proqramda türklərə məxsus qədim musiqi aləti olan tütəklə bağlı yanlış məlumatların yer alacağı istisna edilmir.

Alpər
AzNews.az