Türkiyə bu ölkədəki səfirini geri çağırdı

7 May 2015 23:51 (UTC+04:00)


"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə XİN Lüksemburq parlamentinin "erməni soyqırımı"nı tanıması səbəbindən səfirliyin geri çağırılması barədə bəyanat yayıb.

"Lüksemburq parlamentinin tarixi gerçəkləri və hüququ heçə sayaraq bu qərarın verilməsini qınayırıq, rədd edirik. Səfirimiz Levent Şahinkaya məsləhətləşmələr üçün Ankaraya çağırılıb",- bəyanatda bildirilib.