Avropa Oyunlarının əhəmiyyəti nədir? – Paytaxt sakinlərindən SORĞU

8 May 2015 10:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 2012-ci ilin dekabr ayının 8-də Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında hər dörd ildə bir təşkil olunması planlaşdırılan Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edilib. Gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə ilk Avropa Oyunlarına ev sahibliyi Azərbaycana verilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı-2015" I Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi yaradılıb və Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr seçilib.

Azərbaycanda yeni idman qurğuları inşa olunub, bir çoxunda isə yenidənqurma-bərpa işləri aparılıb.

Hazırda I Avropa Oyunlarına hazırlıq işləri tamamlanmaq üzrədir. Bəs paytaxt sakinləri bu barədə nə düşünür?

Lider TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğunu təqdim edirik: