Türkiyədə 4 prokuror və 1 polis polkovniki həbs olundu – VİDEO

8 May 2015 13:30 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Həbs edilən şəxslər hökuməti devirməyə cəhddə və gizli məlumatları yaymaqda ittiham edilir.

Qərar dünən səhər saatlarında Tarsus 2-ci Ağır Cəza Məhkəməsi tərəfindən verilib.
Vəkillər həbs edilənlərə qara yaxıldığını deyərək onların buraxılmasını tələb ediblər. Məhkəmə isə bu tələbi rədd edib.

Sonda həbs edilən prokurorlar Adana Kürkçülər həbsxanasına, polis polkovniki isə Adana Hərbi həbsxanasına göndərilib.