Fidel Kastronun sevgi həyatı haqda Şok faktlar

8 May 2015 17:40 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "The Daily Mail" qəzeti Xuan Reynaldo Sançesin "Fidel Kastronun ikili həyatı" adlı kitabına istinadən yayıb.

May ayının 12-də satışa çıxarılacağı gözlənilən kitab "St. Martins Press" nəşriyyatı tərəfindən dərc edilib.

Kitabda qeyd edilir ki, Kastro Kayo-Pyedra adlı tropik cənnətdə öz sevgililəri ilə daima əylənirmiş. Onların arasında Kuba liderinin ən çox istədiyi Daliya Soto del Valye adlı qız da olub.





Müəllifin fikrincə, Kastro bütün bu əyləncələri xalqdan gizləməyi bacarıb. Hətta, onun dəbdəbəli "Aquarama II" yaxtası haqda da az insanların xəbəri olub.


Qeyd edək ki, Sançes 17 il Kastronun şəxsi mühafizəçisi olub. Onun işdən çıxmaq arzusu isə 2 il həbsxanada qalması ilə nəticələnib. Sonra isə o, ölkədən qaçıb.

Müəllif yazır ki, onun dincəldiyi məkana ölkənin bir neçə naziri də gəlib. CNN telekanalının yaradıcısı Ted Terner və Almaniya Demokrtaik Respublikasının lideri Erik Honekker də Kastronun qonağı olub.