ABŞ səfirliyinin işçisi öldürüldü

11 Oktyabr 2012 16:45 (UTC+04:00)
Sənadakı ABŞ səfirliyinin yəmənli təhlükəsizlik işçisi qətlə yetirilib. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Səna şəhərindəki Birləşmiş Ştatlar səfirliyində işləyən Yəmənin təhlükəsizlik rəsmisi qətlə yetirilib.

Məlumatda Qasım Aqlaninin bu gün səhər maşınla işə gedərkən motosikletdəki silahlı şəxs tərəfindən öldürüldüyü və qatilin hadisə yerindən qaçdığı deyilir. Təhlükəsizlik rəsmiləri hücumun "Əl-Qaidə" tərəfindən həyata keçirildiyindən şübhələnildiyini desələr də, həqiqətən, bunun arxasında kimlərin olduğunun hələlik bilinmədiyini söyləyirlər. /Milli.az

AzNews.az