Türkiyə Suriyaya nota verdi

11 Oktyabr 2012 17:08 (UTC+04:00)
Türkiyə Xarici İşlər Nazirliyi hərbi yük daşıyaraq mülki aviasiya qaydalarını pozan Suriya sərnişin təyyarəsi ilə bağlı bu ölkəyə etiraz notası göndərib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, nota Suriyanın İstanbuldakı Baş Konsulluğuna təqdim edilib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın "Vnukovo" hava limanından qalxan Suriyaya məxsus sərnişin təyyarəsi Türkiyə səmasında olarkən bu ölkə hərbi təyyarələri tərəfindən Ankaraya enməyə məcbur edilib.

Təyyarədə axtarış aparılarkən hərbi təyinatlı yük aşkarlanıb. Yükün qeyri-leqal olması onun müsadirə olunması üçün əsas verib, təyyarə isə yoluna davam edib.

AzNews.az