“Bavariya” “Real Madrid”dən daha güclüdür

11 Oktyabr 2012 17:22 (UTC+04:00)
Malaqanın müdafiəçisi Martin Demiçelis köhnə komandası "Bavariya"nın bu mövsüm "Real Madrid"dən daha yaxşı olduğunu və "Barselona" səviyyəsinə çatdığını düşünür.

AzNews.az Goal.com-a istinadən xəbər verir ki, "Bavariya" Bundesliqada oynadığı 7 oyunun hamısında qələbə qazanıb. Bundan əlavə komanda mövsümün əvvəlində Almaniya Super Kubokunun finalında da gülən tərəf olub.

"Avropada ən yaxşı oyunu "Bavariya" və "Barselona" oynayır. Hər ikisi çempionatlarına çox yaxşı başlayıblar.
Çempionlar Liqasında da qrupdan çıxacaqlarına əminəm".- Demiçelis belə deyib.

Elman Bakuvi
AzNews.az