Hərbi təyyarə qəzaya uğradı: 2 ölü

8 May 2015 23:17 (UTC+04:00)


APA-nın verdiyi xəbərə görə, hadisə Alipurduara şəhəri yaxınlığında baş verib.

Qəza nəticəsində 2 yerli sakin ölüb. Katapult edən təyyarənin pilotu isə yüngül xəsarətlərlə hospitala yerləşdirilib.

Rəsmi məlumatlara görə, 2011-2014-cü illərdə Hindistan Hərbi-Hava Qüvvələri qəzalar nəticəsində 30 təyyarə və helikopter itirib. Əsas səbəb kimi insan faktoru və uçaqların texniki nasazlığı göstərilir.