Bu marşrutların da yolu dəyişdirildi

9 May 2015 10:55 (UTC+04:00)

Bu barədə "Qafqazinfo" ya Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli məlumat verib. O bildirib ki, 155 nömrəli marşrut xətti Mehdiabad qəsəbəsindən hərəkətə başlayır, son dayanacağı isə Azadlıq metrosudur: "Bundan əlavə, 165 nömrəli marşrutun başlanğıc istiqaməti Gənclər şəhərciyi, son dayanacağı isə Azadlıq metrosudur".

Qeyd edək ki, qərardan əvvəl 155 saylı marşrutun son dayanacağı Nərimanov metrosu, 165-in isə son dayanacağı ATV telekanalının yanı idi.