Paradda hərbi texnika yandı- VİDEO

9 May 2015 13:26 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, bəzi şəhərlərdə hərbi texnika mərkəzi küçələrdən keçərək nümayiş etdirilir. Bu cür paradlardan birində xoşagəlməz hadisə baş verib. Çitada parad zamanı "Zenit" raket kompleksi tüstülənib.

Hərbi texnikanın motorunda yaranan nasazlıq qısa zamanda yanğına səbəb olub. Ancaq buna baxmayaraq texnika hərəkət etməyə davam edib. Hadisə şahidləri bildiriblər ki, yanğın raket kompleksinin texniki vəziyyətinə heç bir təsir göstərməyib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər qısa zamanda yanğının qarşısını alıblar.