“Bakı”nın 4 futbolçusu Fransa klubunda

11 Oktyabr 2012 17:51 (UTC+04:00)


"Bakı"nın 4 gənc futbolçusu Fransanın "Lans" klubunun futbol akademiyasına gedir.
AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, bu, 2 klub arasında əməkdaşlıq
çərçivəsində gerçəkləşəcək. Belə ki, bir müddət əvvəl ölkəmizə gələn Fransa futbolunun
əfsanəsi Jan Pyer Papen nümayəndəsi olduğu "Lans" üçün 4 futbolçu seçib. Bunlar
Ülvi Süleymanov, Azamat Qazayev, Valeh Seyidov və Etibar Sayilovdur. Onlar 3 il
müddətində Fransa klubunun düşərgəsində olacaq.

Elman Bakuvi
AzNews.az