Çingiz Abdullayev üç futbolçunu transfer etdi

9 May 2015 14:23 (UTC+04:00)


AzNews.az-ın klub saytına istinadən məlumatına görə, toplantıda şura üzvləri Cəbrayıl Cəbrayılov, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov, eləcə də icraçı direktor Elnur Məmmədov, icraçı direktorun müavini Mübariz Xudiyev, komandanın baş məşqçisi Arif Əsədov və idman direktoru Vəli Qasımov da iştirak edib. Ümumi müzakirələrdən sonra son turlarda komandanın sərgilədiyi oyunlar nəzərə alınaraq, futbolçular - Rauf Əliyev, Mirhüseyin Seyidov və Elvin Yunuszadənin əvəzedici komandaya göndərilməklə transferə çıxarılmasına qərar verilib. Komandanın əcnəbi futbolçularının müqaviləsinin uzadılıb-uzadılmayacağına isə son oyunların nəticələrinə əsasən qərar veriləcək.