Ərdoğan təyyarə məsələsindən danışdı

11 Oktyabr 2012 17:41 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvadan Suriyaya uçan və Ankarada yerə endirilmiş Suriya təyyarəsi barədə danışıb. O bildirib ki, təyyarədəki hərbi sursatlar Suriyanın Müdafiə Nazirliyi üçün nəzərdə tutulurmuş.

168.az xəbər verir ki, Ərdoğan təyyarədəki yüklərin silah-sursat daşıyan Rusiya kampaniyalarından birinə məxsusluğunu vurğulayıb. Amma həmin qurumun adını və konkret olaraq yükün çeşidini açıqlamayıb.

Qeyd edək ki, Rusiya tərəfi mövcud fakta şərh vermir. Suriyadan isə bildiriblər ki, yüklərdə heç bir qanunsuz şey olmayıb. Rəsmi Dəməşq də yüklərin xüsusiyyətlərinə aydınlıq gətirməyib. Onu da deyək ki, Ankarada Suriya təyyarəsinin yükünün müsadirə olunmasından sonra hava gəmisi yoluna davam edib.

AzNews.az