İcra Hakimiyyətinin əməkdaşı qəzaya düşdü

9 May 2015 19:01 (UTC+04:00)


AzNews.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, kənd sakini Səfərov Hüseyn Qürbət oğlu idarə etdiyi avtomobillə Cəlilabad-Bayaxanlı avtomobil yolunda hərəkət edən zaman qarşı tərəfdə əsas yoldan köməkçi yola dönən rayonun Cəfərxanlı kənd sakini Paşayev Yadigar İzi oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Daha sonra yaralının vəziyyəti ağırlaşdığı üçün o, paytaxta göndərilib. Xəsarət alan sürücü Hüseyn Səfərov Cəlilabad rayon İH-nin Gülməmmədli kənd inzibati ərazi nümayəndəsidir.