“Atam həmişə Heydər Əliyevdən danışırdı...” – Adil Əliyev

10 May 2015 20:00 (UTC+04:00)
Adil Əliyev Heydər Əliyevdən yazdı:"Tale elə gətirdi ki…"



Bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, atası həmişə Heydər Əliyevin gördüyü işlərdən, onun neçə böyük şəxsiyyət olmasından danışırmış: "Atam həmişə onun necə böyük şəxsiyyət olduğunu bizə bəhs edirdi. Yadımdadır, ulu öndərin Moskvada yüksək vəzifəyə təyin olunması ailəmizdə çox böyük sevincə səbəb olmuşdu. Tale elə gətirdi ki, sonradan dörd qardaş ulu öndərin sadiq əsgəri olduq. Dövlətçiliyimizin güclənməsində bütün varlığımızla çalışdıq. Böyük qardaşım, general-leytenant Məhərrəm Əliyev Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi olarkən ulu öndərlə çiyin-çiyin çalışması isə bizim ailəmiz üçün böyük və şərəfli tarix oldu. Ailəmiz üçün bundan gözəl xoşbəxtçilik ola bilməz".

Millət vəkili əlavə edib ki, bu gün də həmin xətt davam edir: "Bu gün eyni yol davam edir. Şübhəsiz ki, Heydər Əliyev şəxsiyyəti və fenomeni gənc nəsillər üçün də örnək olacaq. Ulu öndərin qoyduğu yol cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Güclü və qüdrətli Azərbaycan uğrunda hamımız bir yumruq kimi birləşməliyik.

Allahdan böyük şəxsiyyətə rəhmət diləyirik!"