Mourinyo qatışıqlıq yaratmaqdan əl çəkib

12 Oktyabr 2012 04:54 (UTC+04:00)


"Barselona" klubunun müdafiəçisi Cerard Pikenin "Real Madrid"-in baş məşqçidi Joze Mourinyo haqqında dedikləri Avropa mətbuatının gündəmini zəbt edib.

AzNews.az Ntvspor.net-ə istinadən xəbər verir ki, müdafiəçi sözlərində, "Mourinyo "Real" ilə "Barsa" arasında qatışıqlıq yaratmaqdan əl çəkib. İndi soyunub geyinmə otağını qatışdırmaq ilə məşğuldur." fikirlərini bildirib. O bu sözləri 2:2 bitən "El Klassiko"dan sonra bildirib.

Müdafiəçinin bu sözləri deməsinə əsas səbəb isə, ötən mövsümdən fərqli olaraq Mourinyonun bu oyunda özünü sakit aparması olub.

Elman Bakuvi
AzNews.az