Rusiyanın Təhlükəsizlik Şurasının katibi Bakıya gəldi

11 May 2015 14:16 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Patruşev Azərbaycan rəsmiləri ilə, o cümlədən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri ilə görüşlər nəzərdə tutulub.

"Mayın 11-də Patruşev Rusiyanın Azərbaycandakı səfirliyində Böyük Vətən müharibəsinin veteranları ilə görüşəcək", - deyə səfirliyin mətbuat xidməti bildirib.