Gəncədə kütləvi dava - 3 nəfər yaralandı

11 May 2015 14:29 (UTC+04:00)

AzNews.az salamnews-a istinadən xəbər verir ki, şəhərin Zülfi Hacıyev küçəsində baş verən dava zamanı üç nəfər bıçaqlanıb.

Hər 3 yaralı şəhər sakini - 21 yaşlı İlqar Abbasov, 30 yaşlı Samir Hacıyev və 20 yaşlı Mehman Əliyev dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra Mehman Əliyevin xəsarəti yüngül olduğundan evə buraxılıb. Digər iki nəfər - İlqar Abbasov və Samir Hacıyev isə əməliyyat olunub.

İlqar Abbasovun bıçaq yarası daxilə nüfuz edib, Samir Hacıyevin yarası isə nisbətən yüngüldür.

Hazırda hər iki şəxs xəstəxanada həkim nəzarətindədir.

Faktla bağlı araşdırma aparılır.