Bu kişinin üzündən 8 kq şiş çıxarıldı – VİDEO

11 May 2015 14:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Madaqaskarlı Sambani üzündə çıxan bir şiş səbəbindən biabırçı bir məxluqa dönüb. 20 yaşından 50 yaşına qədər bu cür yaşayan kişi şişin ağırlığından başını qaldıra bilməyib.

Madaqaskara gələn dənizçilər küçədə dilənən bu adamın şəklini çəkib sosial səbəkələrdə öz səhifələrində yayımlayıblar. O fotoları görən bir həkim Sambaniyə kömək etmək qərarını verib.

İngilis anestezoloq doktor Maykl Mcbrien və daha bir neçə həkim tərəfindən edilən əməliyyat zamanı Sambaninin üzündən 8 kiloqram şiş çıxarılıb.

Əməliyyatdan sonra güzgüdə üzünü görən Sambani sevincindən nə edəcəyini bilməyib.