Təyyarədə 14 viski içdi və … - VİDEO

11 May 2015 15:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumata görə, ötən il yanvarın 24-də 26 yaşlı Alisa Yelizaveta Lander adlı bir qız hava limanına gedib. Depressiyada olduğu üçün gözləmə zalında 10 viski sifariş edib və 20 dəqiqə içində onların hamısını içib.
Təyyarəyə minəndə isə daha 14 viski sirafiş edib. Alisa içkinin təsirindən şalvarını çıxararaq yanında oturan 40 yaşlı Jason Corc Chase ilə cinsi əlaqəyə girmək istəyib.

Bu vəziyyəti görən sərnişinlər bələdçi John Dunna xəbər verib. O, qızla oğlanın yanına gedəndə gözlərinə inanmayıb və onları bir-birindən ayırıb.

Sərxoş halda olan qız isə uçuşun sonunadək yatıb.

Təyyarə Halifaxa enəndə polis "cütlüyü" tutub və onlar haqda cinayət işi açılıb. Alisa məhkəmədə deyib ki, çox sərxoş olduğu üçün nə etdiyini xatırlamır. Bu baxımdan günahsız olduğunu iddia edib.

"Cütlüyə" qarşı qərarın iyun ayında veriləcəyi gözlənilir.