Gənc qız faciəli şəkildə öldü

11 May 2015 16:45 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Yalman kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Dəmirova Elnarə Şirinbala qızını yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

Qız həyətdəki pomidor istixanasında şitillərin suvarılması üçün valideynlərinə kömək edərkən su motorunun köhnə elektrik naqili ilə ehtiyatsız davranıb və cərəyan onu vurub. E. Dəmirova yerində ölüb.