Müsavatın rəhbərliyi məhkəmə qarşısına çıxacaq

11 May 2015 20:25 (UTC+04:00)


R. Dəmirli APA-ya açıqlamasında bildirib ki, o, partiya rəhbərliyinin bugünkü qərarından narazıdır. Bu gün partiya sıralarından xaric edilən R. Dəmirli bildirib ki, partiyanın rayon təşkilatının buraxılması da səhv addımdır və qaydalara ziddir.

Qeyd edək ki, Müsavat Partiyasının Divanı bu gün Ucar və Suraxanı rayon təşkilatlarının buraxılması barəsində qərar qəbul edilib. Müsavatın qərargahı qarşısında keçirilən piketin təşkilatçıları isə partiyadan çıxarılıblar.